15 Avqust 2020 14:50
2 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün qadınlar əfsus olsun ki, çox əlçatan olublar. Kişilərin gözü ilə baxanda vəziyyər acınacaqlıdır. Təbii ki, bu hər kəsə aid deyil. Artıq hər şeyə normal baxmağa başlamışıq. Bir qadın orasını-burasını çəkib, video paylaşaraq əxlaqsız sözlər danışırsa, biz bunu normal qəbul edirik. Bu normal bizi hara aparır?"

Teleqraf.com xəbər verir ki, bu sözləri "Avroviziya-2019" təmsilçimiz Çingiz Mustafayev İnstaqramda hekayə bölümündə video paylaşaraq deyib.

O, sosial şəbəkədə açıq-saçıq paylaşım edən qadınları tənqid atəşinə tutub:
"Bu məni çox düşündürür. Əlbəttə ki, mənə yazacaqsınız ki, sən kimsən? Mən millət vəkili və böyük bir insan deyiləm. Amma son vaxtlar dəyərlərə, mentalitetə lağ edənlər çoxalmağa başladı. Biz guya avropalaşmağa başladıq. İnanın ki, bu belə deyil. Bu gün xarici mətbuatda bəziləri Azərbaycanın adını çox pis tanıdırlar. Biz millət olaraq başqalarının gözündə necə görsənirik bilmirəm. Biz xoşlayırıq bizi qısqansınlar, mənim maşınlarım, villam və s. Qadınların yaratdığı obraz çox pisdir. Siz bilirsiniz ki, mən kimlərdən danışıram. Ucuz obrazınızdan kişilər istifadə edirlər. Bunda kişilərin günahı yoxdur. Qadınlar özlərinə hörmət qoymalıdırlar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər