18 Avqust 2020 16:02
5 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur teleaparıcı Rövşanə Ağasəfqızı ARB telekanalından ayrılıb.

Rövşanə Ağasəfqızı Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"ARB telekanalı ilə yollarımız ayrılıb. Televiziya sahəsi həmişə belə olub. Mənə uyğun layihə olmadığına görə, işdən ayrıldım. Yalnız mən deyil, bir neçə aparıcı ARB ilə yollarını ayırıb. İnşallah başqa təklif olan kimi dəyərləndirəcəm. Bir yerdə çox qalmaq da olmur, yeni yaradıcılıq da arxa plana keçir.
Mənə deyirlər ki, verilişin reytinqi yoxdur. Həmişə trenddə olan aparıcı olmuşam. Bütün verilişlərim səhəri gün sosial şəbəkələrdə də gündəm olub, müzakirə edilib.

Bütün günahı aparıcıda görmək olmaz. Reytinq üçün mərasim şeirləri deyib belimə şal bağlayıb çıxa bilmərəm. Ona nə imicim, nə də yaşım yol verməz. Nə toy aparıcısıyam, nə də "tamada".

Telejurnalist olduğum üçün imicimə hörmət edirəm. Yeni təkliflər olanda dəyərləndirəcəm.

Real televiziyasının rəhbəri Mirşahin Ağayevlə 8 il bir yerdə çalışmışam. O çox əziz insandır və ona hörmətim böyükdür. Real TV xəbər kanalı olduğuna görə, dəqiq bir söz deyə bilmirəm".

Qeyd edək ki, Rövşanə Ağayeva ARB-də reytinqli verilişlərin aparıcısı olub.


Müəllif: Rəqsanə Həsənova