Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva İnstaqramda sosial şəbəkə istifadəçilərinin suallarını cavanlandırıb.
Teleqraf.com fitnes məşqçisi Kənan Əliyevlə ailə quran Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir:
- Niyə uşaq istəmirsiniz?
- Hər şeyin öz zamanı var.
- Həyatda sizə dəstək olan insan varmı?
- Yaxınımda olan insanlar məni çox sevirlər. Bilmirəm, bəlkə onlara mən sevgi verirəm və bu onun nəticəsidir... Yaxud daxilimdə sevgi çox olduğu üçün sevməyi bacaran insanları özümə doğru çəkirəm. Bu barədə çox şanslıyam.
- Niyə həyat yoldaşınız Kənan bəylə sosial şəbəkədə paylaşım etmirsiniz?
- Çünki yeni foto və video çəkdirməmişik.
- Niyə qəlbimizi qırırlar?
- Çünki icazə verirsiniz. Biz istəməsək, heç nə baş verməz.
- Həyatda nədən zövq alırsınız?
- Çox şeydən zövq alıram, əsas da xırda şeylərdən. Məsələn, səhər oyanıram, özümü yaxşı və gümrah hiss edirəmsə, deməli, hər şey əladır.
- İnsan çətin vəziyyətdə olanda nə edə bilər?
- Özü ilə tək qalmalı və düşünməlidir. Çünki ətrafda həmişə düzgün məsləhət verənlər olmur. Olsa da onlar hisslərə qapılıb, emosional davrana bilərlər. Amma tək təbiətin qoynunda qalsanız, enerjiniz təmizlənər və daha müsbət düşünə bilərsiniz.
- Sizcə, xoşbəxtlik nədir?
- Xoşbəxtlik sənin və sevdiklərinin canının sağ olmasıdır. Ailədə hüzura çatmaq, sevimli işə sahib olmaqdır. Bir də daxilində daim günəşin olmasıdır, fərq etməz, çöldə yağışdır, yoxsa boran...