4 Noyabr 2020 12:06
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədov Türkiyənin reytinqli “Kurtuluş Osman” serialına çəkiləcək.

Teleqraf.com xəbər verir ki, bu haqda serialın quruluçu rejissoru Mehmet Bozdağ şəxsi İnstaqram səhifəsində yazıb: “Bütün dünyada nailiyyətləri ilə uğurlandıran azərbaycanlı kikboksiyor Zabit Səmədov “Kurtuluş Osman” serialına qatıldı. Can Azərbaycana salam olsun. Ordumuz müzəffər olsun!”

Qeyd edək ki, “Kurtuluş Osman” serialı Türkiyənin ATV kanalında yayımlanır. Ekran əsərində aktyor Burak Özçivit baş rolda oynayır.


Müəllif: Rəqsanə Həsənova