30 Noyabr 2020 13:29
4 057

Əməkdar artist Nigar Şabanova xalq artisti Ağadadaş Ağayevin evində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Nigar Şabanova İnstaqramda Ağadadaş Ağayevlə fotosunu paylaşaraq bu sözləri yazıb:

“Dəyərli ustadım, səhnəyə ilk addımlarımı sizin sayənizdə atdım. Mənə Allah ilk ruzini sizin əlinizlə verdi. Gözəl gecə üçün sizə və xanımınız Pərvin xanıma təşəkkür edirəm. Gözəllər gözəli Pərvin xanım müəllimimi xoşbəxt etdiyiniz üçün sizə çox təşəkkür edirəm. Sevginiz bir ömür artsın”.


Müəllif: Rəqsanə Həsənova