6 Dekabr 2020 12:58
2 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə “Kuruluş Osman” serialına çəkilən məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədov sosial şəbəkədə çəkiliş meydançasından foto paylaşıb.

Teleqraf.com xəbər verir ki, serialın 35-ci bölümündə ekrana çıxan Zabit Səmədov İnstaqram hesabında foto paylaşaraq "Mənim yolum, sənin yolundur, Osman bəy!", - deyə qeyd edib.

Qeyd edək ki, Zabit Səmədov serialda Gəncəbəy obrazını canlandırır. Osman bəy obrazını isə məşhur aktyor Burak Özçivit oynayır.


Müəllif: Rəqsanə Həsənova