16 Yanvar 2021 14:52
3 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslan "Elgizlə izlə" verilişindən kömək istəyib.

Teleqraf.com xəbər verir ki, küçədə yaşayan mərhum Xalq artistinin oğlu acınacaqlı həyatından danışıb:

"Qalmağa yerim yoxdur. Üç il sığınacaqda yaşadım. İndi küçədə yaşayıram, evimiz var idi. Qardaşımla evi satdıq ki, bizneslə məşğul olaq, pul qazanaq. O da alınmadı. Hazırda qardaşım Moskvadadır. Evin pulu ilə meyvə biznesinə başlamışdım. Ailə qurdum, ayrıldım, bir qızım var. Qızımı məndən gizlədirlər. O, xaricdə yaşayır və ailə qurub. Həyat yoldaşı diplomatdır. Qızıma baxmamışam, sonuncu dəfə beş yaşında görmüşəm. Qızım məni görmək istəyib, amma telefon nömrəmi tapa bilməyib".

Qeyd edək ki, Səyavuş Aslan aktrisa Ofeliya Aslan ilə evli olub. Onların iki oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər