Alman əsilli türk aktrisa Məryəm Üzərli sürpriz evlilik təklifi alıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftələrdə jiletinin kapuşonunu hicab kimi bağlayaraq pozalar verən Məryəm indi də “Facebook”da çılpaq bir pozasını paylaşıb.
İzləyicilərindən Behçet adlı biri şəkilin altına qeyri-adi evlilik təklifi yazıb:
"Sizə zarafat kimi gələ bilər, mənimlə evlənərsinizmi? İmkanlı deyiləm, 49 yaşım var, aylıq 2800 TL(təxminən 1080 AZN) maaş alıram. Avtomobilim yoxdur, Mersində qalıram. İkimizə bəs edər. Bir başqası isə “Behçet nə verirsə, iki qatı da məndən”deyə yazıb. Aldığı təkliflərə aktirsa gülümsəklə cavab verib.
Rüstəm