Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana həyat yoldaşı Kərimdən ayrılmasının səbəbini açıqlayıb.
Teleqraf com xəbər verir ki, Canana İnstaqram hesabında həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı qızının görüntülərini yayaraq bu sözləri yazıb: “Mətanət İsgəndərli həmişə sevgidən, uşaq nəvazişindən danışır. Oğlunun illərlə övladlarına etdiyi şiddətdən danışmır.
Mənə də dəfələrlə şiddət göstərib. Sonuncu dəfə etdiyi şiddətdən gözlərim görmür. Bunu Mətanət İsgəndərliyə deyəndə bilirsiniz cavabı nə olub? "Əcəb edib" dedi.
İndi biz əziyyət çəkirik, o isə oğlu ilə şənliklərdə... Övladlarını dəfələrlə vurulduğuna görə bu ailə birlikdə yaşaya bilməz".
Qeyd edək ki, Canana ilə Kərimin üç övladı var.