Əməkdar artist Aybəniz Haşımovanın qızı, blogger Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.
Teleqraf.com Aynişan Quliyeva ilə müsahibəni təqdim edir.
- Bağışlamadığınız insan varmı?
- Elə bir insan yoxdur. Rahat yaşayım deyə pislikləri bağışlamışam. Amma heç vaxt həyatıma geri dönməklərinə icazə vermərəm.
- Sizə dəyər verməyin insanları həyatınızdan çıxarırsınız?
- Əslində, bu o qədər də asan olmur. Çünki ilk zamanlar qüsurları görmürəm, yaxud anlamıram. İnanmıram ki, dəyər verdiyim insan bunu bilərəkdən edir, amma oyandığım an kitab bağlanır.
- Sizin dəyişməyinizin səbəbi nədir?
- Yaşadıqlarım...
- Xoşbəxt görünürsüz. Həqiqətən xoşbəxtsinizmi?
- Xeyr. Özümü yaxşı hiss etməyəndə kimsə məni görə bilməz. Otağımdan çıxmıram, film izləyirəm. Əhvalım əla və normal olanda bunu hiss etdirirəm.
- Səhvlərinizi təkrarlıyırsınızmi?
- Bəli, təkrar səhv edirəm, çünki yaşayıram.
- Kədərinizi göstərirsiniz?
- Düşünürəm ki, kədərini publika ilə bölüşmək yanlışdır. Səni yanlış anlayıb, hisslərinə gülə bilərlər.
- Xəyanəti bağışlayırsınız?
- Nə kasıbçılıq, nə də xəstəlik məni kimdənsə uzaqlaşdıra bilməz. Amma xəyanət bir insanın ruhuna edilə biləcək ən böyük təhqirdir.