Müğənni Xatirə İslam rəqqasə, aktrisa Oksana Rəsulovanın sözlərinə cavab verib.
Teleqraf.com xəbər verir ki, Xatirə İslam İnstaqram hesabında bu sözləri yazıb: “Əzizim Oksana, biz qonorar tələb etməli deyilik, bunu onlar özləri verməlidir. Tək mənə tox, hamımıza - efirə vaxt ayırıb, sərf edib, gəlib oxuyan bütün sənətkarlara…
Televiziya bizi tanıtdığı ərəfədə həm ifalarımızdan, həm də yersiz qalmaqallarımızın reytinqi ilə efir saatlarından necə lazımdır pul qazanıb. Sən rahat ol, buna görə borcumuz yoxdur. Hələ kanal rəhbərlərinin göndəriyi yüzlərlə pulsuz tədbirləri demirəm...”
Qeyd edək ki, Oksana Rəsulova İnstaqramda canlı yayım zamanı müğənni Xatirə İslamın televiziyalardan qonorar tələb etməsinə münasibət bildirib: "Efirlərdən pul istəmək düzgün deyil. Çünki insanlar bizi televiziya sayəsində tanıyıb və seviblər".