27 Oktyabr 2014 12:08
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Nadir Qafarzadə qohumları haqqında şok açıqlama verib.

Teleqraf.com xəbər verir ki, ifaçı bu barədə 106.3 FM-də dicey Kazımın qonağı olarkən deyib:

“Bu həyatda heç kimə inam yoxdur. Bəzən oğluma da deyirəm ki, sənə inanmıram. Baxmayaraq ki, mən ailəmdən və övladlarımdan çox razıyam. Mən ailəmdən savayı, bir çox qohumuma maddi kömək göstərirəm. Bəzən bu yardım gecikəndə məni şantaj edirlər. Hətta bu yaxınlarda qohumum mənə zəng elədi ki, əgər pul göndərməsən, Zaurun “Öz aramızda” verilişinə çıxacağıq. Təsəvvür edin, soyadını daşıdığım adamlar bunu deyir. Mən bundan sonra kimə inanmalıyam?”

Rüstəm


Müəllif:

Oxşar xəbərlər