Azərbaycanın tanınmış rəqqasəsi, “Indian best Cine Star Kikhoj” müsabiqəsinin qalibi Oksana Rəsulovadan xəbər var.
Teleqraf.com-un məlumatına görə, O.Rəsulova Türkiyədə olan pərəstişkarları ilə görüşüb. Görüşdən qayıdan rəqqasə təəssüratlarını dilə gətirib: “Türkiyəyə getmişdim. Səfərim həm yaradıcı, həm də istirahət xarakteri daşıyırdı. Türkiyədə fanatlarımla görüşdüm. Bu yaxınlarda “İnstagram” səhifəmdə bir şəkil paylaşmışdım. İpək adlı fanatım mənə yazıb, bildirdi ki, pərəstişkarlarımı bir araya yığıb, görüş təyin edəcək. Görüş təyin olunacaq məkan isə Hind restoranı olacaq. Mən də bu təkliflə razılaşdım. Beləcə gözəl gün keçirdik. İnanmırdım ki, Türkiyədə məni belə qarşılayacaqlar”.
Qeyd edək ki, O.Rəsulova dünən Bakıya qayıdıb.
Pərvin