Aktrisa Nərgiz Əliyeva yeni layihəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, o, “Qadın” adlı qısametrajlı ekran işində yer alıb.
Nərgiz Əliyeva qız övladlarının seçiminə müdaxilədən danışıb: “Dünyada qadınlara qarşı əksər hallarda haqsızlıqlar olur. Düşünürəm ki, bütün sahələrdə çalışan xanımlar bununla mübarizə aparmalıdır. Mən qadınam, mən anayam, mən övladam! Sizə çəkdiyimiz bu qısa videoda əslində çatdırmaq istədiyim o qədər şey var ki... Yəqin ki, məni xanımlar daha yaxşı başa düşəcək. Qadın nə qədər böyüsə də, daxilindəki uşaq hələ yaşayır və kiçik yaşlarında rastlaşdığı psixoloji şiddəti unutmur. Övladlarınızın seçimlərinə dəstək olmağa çalışın”.
Layihədə şairə Bənövşə Mahmudqızının “Sən, ey qadın” şeirindən istifadə olunub, Şahin Qəhrəman səsləndirib.
Pianoda Fuad İbrahimli ifa edib.