Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti Niyaməddin Musayev Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Niyaməddin müəllim, səhhətiniz necədir?
- Səhhətim yaxşılaşır. Hələ ki xəstəxandayam. Sağ olsunlar, Neftçilər xəstəxanasının həkimləri mənə çox diqqətlə yanaşırlar. Yalnız mənə yox, bütün xəstələrə yaxşı nəzarət edirlər.
- Sizin koronavirusa yoluxduğunuz deyilir. Nə dərəcədə doğrudur? Ailə üzvləriniz də virusa yoluxubmu?
- Böyrəklərimdən güclü soyuqlamışam, yaxşı nəfəs ala bilmirdim. İndi şükürlər olsun, hər şey yaxşıdır. Möhkəm soyuq olmuşdu. Ciyərlərim də soyuqlamışdı. Koronavirusa yoluxmamışam, sadəcə dediyim kimi, nəfəs almağım çətinləşmişdi. Şükür olsun, yavaş-yavaş həkimlər hər şeyi yoluna qoyurlar. Tədricən yaxşılaşıram.
- Neçə gündür xəstəxanaya yerləşdirilmisiniz?
- Beş gündür xəstəxanadayam. Səhhətim yaxşıdır. Ailə üzvlərimin də səhhəti yaxşıdır. Neftçilər xəstəxanasının bütün həkim heyətinə təşəkkür edirəm. Dövlətimizə də çox sağ ol deyirəm. Xəstəxananın rəhbərliyi də mənə baş çəkir.
- Özünüzü tam yaxşı hiss edirsinizmi?
- Artıq çətinlik arxada qalıb. Hər şey yavaş-yavaş bərpa edilir. Nəfəs yolları üçün aparata da qoşurlar. Vaxtında sistem köçürülür. Dövlətimiz sağ olsun ki, belə bir şərait yaradıb. Hərdən telefonlara cavab verə bilmirəm. Sistem köçürüləndə telefon götürməyə imkan olmur.