Xalq artisti Məleykə Əsədova Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti Niyaməddin Musayevin səhhətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Məleykə Əsədova İnstaqram səhifəsində bu sözləri qeyd edib: "Mənim 30 illik sənət dostum, sənətkar, həqiqi insan, əsl dost Niyaməddin Musayev beş gündür "COVID-19" virusuna görə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Göydə Allahın, yerdə xəstəxananın həkimlərinin sayəsində dünəndən özünü yaxşı hiss edir.
Tez sağal, sənətkar! Birlikdə verilişlərdə iştirak etməliyik. Allah Niyaməddin müəllimin simasında bütün sənətkarlarımızı qorusun. Özümüzü, yaxınlarımızı qoruyaq. Xəstə olduqda evi tərk etməyək. Qayda-qanunlara tabe olaq. Hər bir qanun bizim sağlamlığımız üçündür. Ən əsası Allahımız dua edək".