Xalq artisti Məleykə Əsədova Azad Azərbaycan Televiziyasında yayımlanan "ATV maqazin onlarla" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Məleykə Əsədova şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib:
"Yalanı, saxtakarlığı sevmirəm. Tənha qalım, amma saxtakarların içində olmayım. Allah məni mərdiməzardan, xəta-bəladan qorusun. Mən kiməsə xoş gəlsin deyə yalandan kiminsə üzünə gülmürəm. Bəzən görürəm ki, insan o qədər xoş sözlər deyir, elə ki üzünü çevirdin, başqa sözlər danışır. Mən bu kimi şeyləri bacarmadım.
Nə qədər desək də kişi kimi qadınam, amma hər bir evin kişiyə ehtiyacı var. Evdə kişi işi bu zərif Məleykənin çiynindədir. Allah güc versin, edərəm. Yalançı varlığın evimə girməsinə izn vermərəm.
O sevgi qızıma və Allahımadır. Artıq böyük qızım var, ailə qurmalıdır. Evimə kişi cinsinin girməsini istəmərəm".
Məleykə Əsədova mərhum xalq artisti İlhamə Quliyeva ilə münasibətindən də danışıb: "Allah rəhmət eləsin, böyük sənətkardır. Ölüb gedib, istəməzdim, onun haqqında danışaq. Küsülü deyildim, insanlarla küsülü qalmıram. Sözüm vardısa deyərdim".
Xalq artisti yaşadığı çətinlikləri qeyd edib: "Valideynlərim ürək tutmasından dünyasını dəyişiblər. Bu problem məndə də var. Mənə deyirlər ki, çox dərin obrazlar oynama.
Çox gözəl ailədə dünyaya gəlmişəm. Atam rəhmətə gedəndən sonra birdən-birə çətinliyə düşdüm. İnsitutdan çıxıb, rayona toylara getdim. Heç kim bunu bilmirdi. Uşaqlar dərs qurtaranda kinotearlara, bulvara gəzməyə gedirdilər. Rayona toylarından ən çox pulu mən alırdım. Bu zərif, incə qız çiyinlərində çox böyük yüklər daşıdı. Ev pulu yığdım. Mənzilim olmasaydı, maşın almazdım. Elə-elə Bakısovetdən ev aldım, mənzili təmir elətdirdim".