3 May 2021 16:42
4 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasında qalmaqal böyüyür.

Teleqraf.com xəbər verir ki, Roza Zərgərlinin əməliyyatlarına Elza Seyidcahanın söz atması qarşı tərəfi özündən çıxarıb.

Roza Zərgərli "ATV maqazin onlarla" verilişində həmkarının ünvanına sərt sözlər bildirib: "Mənim haramısa müzakirə etməyə sənə haqq vermişəm?! Plastik əməliyyat etməyim haqqında əlində sübutun varmı? Səni məhkəməyə verəcəm ki, haramısa əməliyyat etdirmişəm, ya yox... Gör səni rüsvay edirəm, yoxsa yox. Sən mənim plastik əməliyyat etdirməyimi sübut edə bilərsən?

Əməliyyatımı sübut etsən, sənə 5 minimi keçəcəm, üzərində də 10 min manat pul verəcəm. Hansı yaradıcılıqdan danışırsan? Mən sənin üçün İlhamə Quliyeva deyiləm. Çünki mənim səninlə böləsi kişim yoxdur. Sən İlhamə Quliyeva ilə başqa şeyi bölürdün. Elə etmə ki, hər şeyi açım danışım".

Qeyd edək ki, Elza Seyidcahan Roza Zərgərlinin ünvanına "Efirdən elə danışırlar, sanki xalq onları tanımır. Qablarında nələr var! Sənətdə yox, bütün günü cərrahdadırlar" - demişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər