Xalq artisti Aygün Kazımova MTV Azərbaycan kanalında qonaq olub.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova həmkarı Röya Ayxan haqqında maraqlı rtiraflat edib.
danışıb: "Mehribançılıq olanda nəinki sənətdə, hətta ailədə, kollektivdə də sanki ruzi-bərəkət olur. Amma dava-dalaş olanda, neqativ düşünəndə neqativ enerji ötürürsən, hər şey pozulur. Son vaxtlar yaşanan hadisələr xoş hadisələrdir. Hətta Röya Ayxanla duet oxuyacağıq. Onun zövqünə inanıram, çox gözəl musiqi duyumu var. İnanıram ki, çox gözəl duet olacaq", - deyə Aygün bildirib.