20 May 2021 14:22
9 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nurlan Əzizbəylinin mənzilinin təmiri bitib.

Teleqraf.com xəbər verir ki, bu haqda "Bizimləsən" verilişində Nurlan Əzizbəylinin həyat yoldaşı Nərminə Əzizbəyli məlumat verib:

"Evimizin təmiri bitib, buna görə sizə təşəkkürümü bildirirəm. Tarixi binadır, iki mərtəbəli idi. Təmir vaxtı kirayədə yaşadıq. Kirayə haqqı dövlət tərəfindən ödənildi. Hazırda yatmağa çarpayımız yoxdur, bütün əşyalarımız çürümüşdü".

Nurlan Əzizbəyli isə "Bu gün gözəl yuvamıza qovuşduq. Millət vəkili Qənirə Paşayevaya təşəkkür edirəm. Allah hər kəsin yuvasını qorusun" - deyib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl "Bizimləsən" verilişinə müraciət edərək evinin yararsız olduğundan şikayətlənmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər