7 İyun 2021 11:40
2 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, ilk evliliyində şiddətə məruz qaldığı üçün ayrıldığını bildirib:

"Şiddətlə qarşılaşmışam. Qadınlar tanıyıram ki, ailədə illərlə problemlər yaşayır və dözürlər. Sual verəndə ki, niyə dözürsən? Deyir, cəmiyyət var, qohumlar var... Biz ömür boyu özümüzə görə deyil, ətrafa görə yaşayırıq. Sabah qapımı döyəndə deyəcəklər ki, hanı onun atası? Bəlkə mən onlara dözsəydim, ailənin təməlini qorusaydım, bu gün başqa Fatimə olardım. O ailənin təməlini özüm qırdım.

Biz deyənlə otur-dur, başını qapazla, amma otur... Bu gün çoxuşaqlı bir ana olardım və hər şeyə dözərdim. Özümə qapanırdım, dərmanlar da içmişəm, özümü öldürmək də istəmişəm. Dərman içib zəhərləndiyim məqamlar da olub. Ailəni dolandırmaq, övladımı ac saxlamamaq, heç kimin qarşısında əyilməmək üçün rəqqasə oldum. Qohumlarımız qınadılar, üz çevirdilər, heç kim bizi tanımadı, görmədi. Mən, anam və qızım tək qaldıq.

Yaxın günlərdə qızım bibim qızıma sual verdi ki, niyə anamı tək qoydunuz? O da dedi ki, Fatimə rəqqasəlik etməzdi. Aydan ailəlidir, anadır. Dedi ki, bəs anam nə etməli idi? Başqa yolu seçməli idi?.."

Rəqqasə müğəni Rahidə Baxışova ilə küsülü olmasından da danışıb: "O qızın xarakterində soyuqluq var. Ola bilər, mənə salam verməyib, bu mənə pis təsir edib... Mən də zəng edib, dedim ki, məni görüb niyə salam vermədin?! Adını da qoyurlar ki, xınayaxdı mərasimi apardım, Fatimə mənə salam vermədi. Rahidə xına apardı, Fatimənin xınası azaldı?! Mən xınayaxdı mərasimləri aparanlara pis baxsam deyərəm ki, mən filan məclisə getmirəm, sən get!".

Fatimə Fətəliyeva qalmaqal yaşadığı Xatun Əliyevanın stilist qardaşı Balaşdan da söz açıb: "Allah rəhmət eləsin, Balaş dostum olmasa da münasibəti yaxın olub. Gözəllik salonumda işçim olub. İşçi olmadan öncə də mən onu illərdir tanıyırdım. Onunla gülmüşəm, danışmışam, dərdləşmişəm.

O, çox yaxşı insandır. Bacısı ilə problem yaşayıramsa, təbii, Balaş mənim tərəfimi tutmayacaqdı ki?! Məndən uzaqlaşdı... Məndən heç kimin inciməsinə haqqı yoxdur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər