8 İyun 2021 13:39
11 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, bəstəkar Aygün Səmədzadə sosial şəbəkədə ailə fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, Aygün Səmədzadə qızı Ülkər və kürəkəninin fotosunu izləyiciləri üçün nümayiş etdirib.

Bəstəkar kürəkəninə doğum günü münasibəti ilə bu sözləri yazıb: "Ad günün mübarək! Allah səni xoşbəxt eləsin. Bütün arzularına çatasan, Ülkərlə, Humayla, bütün sevdiklərinlə... Gülərüz, diqqətli, qayğıkeş, hörmətcil, qabiliyyətli oğlumuz, nə yaxşı ki, varsan".

Qeyd edək ki, Aygün Səmədzadə millət vəkili Ziyad Səmədzadənin qızıdır.


Müəllif: Rəqsanə Həsənova