Rusiyada koronavirusa yoluxan Namiq Qaraçuxurlu səhhəti haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirilməsi haqqında yayılan xəbərləri yalanlayıb: "Əzizlərim rahatsız olmasın deyə koronavirusa yoluxmağımı gizli saxladım. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm.
Bildirmək istəyirəm ki, koronavirusu çox yüngül keçirirəm. Xəstəxanada deyiləm. Tezliklə sağalıb, vətənə dönəcəyəm".