23 İyun 2021 13:41
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızı Azad Azərbaycan televiziyasında qalmaqal yaşadığı həmkarlarından danışıb.

Teleqraf.com xəbər verir ki, müğənni bu sözləri deyib: "Sığmazam" qəzəlinə görə bir neçə nəfər mənə söz atmışdı. Mən də cavablarını vermişdim, amma Nüşabə Ələsgərli, Roza Zərgərli ilə barışmışam".

Müğənni qalmaqal yaşadığı xalq artisti Flora Kərimova ilə barışmayacağını bildirib: "Sənətini sevirəm, amma məni təhqir etdiyi üçün Allah bağışlasın. Tənqid yox, təhqir edib. Qəlbim məni təhqir edən insanı heç vaxt bağışlamaz".

Müğənni Flora Kərimovanı dəstəkləyən Brilliant Dadaşova ilə münasibətindən də söz açıb: "Brilliant Dadaşovanın sənətini sevirəm. Amma məlum mahnıya görə onu səhv məlumatlandırdılar. Buradan Brilliant xanıma demək istəyirəm ki, mənə ağır təhqirləri olmuşdu. Dedilər, guya mən tənqid edəni təhqir edirəm. Yox, tənqid deyildi. Məni təhqir etdi, mən də cavab verdim".

Afət Fərmanqızı müğənni Nigar Camalı isə tanımayaraq "Ondan xoşum gəlmir", - deyə qeyd edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər