12 İyul 2021 13:49
1 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həyat belə onun hökmünə tabedir - zaman! Ona yalan, hiylə, pul, güc, rütbə heç bir qüvvə keçməz. Kimsəyə əhəmiyyət verməz, kimsə üçün dayanmaz, kimsə üçün cilddən-cildə girməz. İnsan övladının müdaxilə edə bilmədiyi, həyatın tək tabe olduğumuz tərəfi - zaman. Məni qınamayın, bəlkə də çox səmimi olacam, amma bunu etiraf edəcəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri İnstaqramda doğum gününü qeyd edən aparıcı Vüsalə Əlizadə yazıb:

"Məni hər gün mən edən, bəzən yıxıb-əzib, sonra yaralarımı saran, ağladıb-güldürən, xatirələr verən, arzular doğuran, ümidlərimə dayaq olan, məni böyüdüb-qadın, ana, insan edən zamanı sevirəm. Hər il artan yaşımı sevirəm. Pis və yaxşı həyatıma gələn-gedən, hər kəsi, hər şeyi sevirəm.

Güc aldığım, həyatdan iki əlli tutunmağıma stimul verən canımdan can olanları, məni sizdən biri edən evinizə, ailənizə qonaq edən işimi, sənətimi, mən olmadığım yerdə məni doğması kimi müdafiə edən, qoruyan, haqqımı yedirməyən sizi sevirəm. Arxamca danışan, incidən, qıran, yıxan bədxahlarımı da sevirəm. Çünki sayənizdə mən oldum-Vüsalə Əlizadə. Verdiklərinə və aldıqlarına şükürlər olsun Allahım. Xoş gəldin yeni yaşım - sağlıq, sevgi, hüzur və halal ruzu gətir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər