Türkiyənin məşhur müğənnisi İrem Derici ölkəmizdə məkanların birində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, İrem Derici konsertdə sevilən mahnılarını səsləndirib.
O, səhnədə "Bakıya iki il öncə gəlmişdim. Çox əylənməyinizi və gözəl gecə keçirməyinizi istəyirəm. Bəyləriniz çox yaraşıqlıdır. Hər dəfə Bakıya gələndə deyirəm ki, İstanbulda çox az gözəl qız qaldı, hamısı Bakıda toplanıb", - deyə söyləyib.
Qeyd edək ki, İrem Dericidən öncə səhnəyə Xalq artisti Miri Yusif çıxıb.