23 Avqust 2021 12:06
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədənində yenidən şiş aşkarlanan əməkdar artist Tünzalə Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim dirik.

- Tünzalə xanım, sümüyünüzdə şiş aşkarlandığı haqda məlumat yayılıb. Hazırda xəstəxanadasınız, yoxsa evdə?

- Evimdəyəm, kimyaterapiyanı alıb evə qayıdıram. İkinci kimyaterapiyanı almışam. Ondan öncə on şüa götürmüşəm. İki aydır müalicəm davam edir.

- Siz dörd dəfə xərçəngə qalib gəlmisiniz. Bu dəfə də qalib gələcəyinizə inanırıq...

- İnşallah, mən də inanıram. Allah güc versin, buna da qalib gələk. Ümid edirəm, hər şey yaxşı olacaq... (ağlayır). Allah bütün xəstələrə şəfa versin. 12 kurs müalicə götürəcəm. Bədənim müalicə götürmür. Bundan sonra 10 kurs müalicəm olacaq. Həkimlər də çalışırlar. Milli Onkologiya Mərkəzində yüksək səviyyədə qulluq edirlər. Ağrılarım çox güclü deyil.

- Maddi dəstəyə ehtiyacınız varmı?

- Heç vaxt xəstəxanaya pul ödəməmişəm. Bu barədə söhbət də olmayıb. Hər şey mənə pulsuzdur, müalicəm maddiyyata bağlanmır. Xəstəxananın rəhbərliyinə təşəkkür edirəm.

- Özünüzü koronavirusdan necə qoruyursunuz?

- Heç yerə çıxmıram, Milli Onkologiya Mərkəzinə gedib, evə gəlirəm. Yəni evə qapanmışam.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər