Rəqqasə Fatimə Fətəliyeva İnstaqramda paylaşımı ilə təəccübə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Fatimə Fətəliyeva onu təhqir edərək daha sonra üzr istəyən şəbəkə izləyicisinin mesajını İnstaqram hesabında bu sözlərlə paylaşıb:
"Sözünün üstündə dayana bilməyən insan... Hamıya dərs olsun. Mən də anayam. Özünə hörmət edən xanım və ana kiməsə bu cür sözlər yaza bilməz. Bu mesajı paylaşıram və kimlərəsə dərs olsun. Artıq bəsdirin, bilib-bilmədən tanınmış insanlar haqqında ağzınıza gələni yazmayın".