Bu gün 40 mərasimi baş tutan mərhum xalq artisti Səməd Səmədovun məzar daşının olmaması birmənalı qarşılanmayıb.
Müğənni Tural Qismət Teleqraf.com-a açıqlamasında müğənninin məzar daşının düzəldilməməsinin səbəbini açıqlayıb: "Səməd müəllimin məzar daşı doğum gününə qədər düzəldiləcək. Sentyabrın 17-də 75 yaşı tamam olacaq. Daş seçimi olduğuna görə gecikmə baş verdi. Ailəsinin maddi imkanı yaxşıdır".
Qeyd edək ki, Səməd Səmədov iyulun 24-də koronovirus infeksiyasından dünyasını dəyişib.