20 Sentyabr 14:52
580

Aparıcı Hüsniyə Məhərrəmovanın "Space" televiziyasında fəaliyyətə başlaması haqda xəbər yayılıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, aparıcının iş təklifini qəbul etməsi dəqiqləşməyib.

Belə ki, Hüsniyyə Məhərrəmova telekanalın iş təklifinə yaxın günlərdə cavab verəcək.

Verilişin Türkiyədə məşhur olan "40 soru" layihəsinin əsasında hazırlandığı qeyd edilir.

Qeyd edək ki, Hüsniyyə Məhərrəmova İTV və AzTV-də çalışıb.


Müəllif: Rəqsanə Həsənova