Xalq artisti Röya Ayxan Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşüb.
Röya Ayxan Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Zəfər Günü mənim üçün özəl bayramdır. Bu bayrama və oğlumun toyuna bu qədər sevinə bilərəm. Bütün xalqımızı təbrik edirəm. Analarımızın əllərindən öpürəm ki, bizə bu cür oğullar dünyaya gətiriblər. Təşəkkür edirik".
Xalq artisti "Yaxın günlərdə Şuşada konsert verəcəyinizi qeyd etmişdiniz. Konsert hazırlıqları başlayıbmı?" sualına isə "Şuşada konsert verəcəyik. Bununla bağlı bütün işləri Kənan Bayramov görür. Elə-belə konsert olmayacaq",-deyə qeyd edib.