Müğənni Roza Zərgərli ARB televiziyasında aparıcılıq etdiyi "Tam vaxtıdır" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Roza Zərgərli müğənni Əkbər Əliyevlə "həri" mərasimi olduğunu deyib:
"Əkbər Əliyevlə 21 ildir dostuq, yan-yanayıq və biz "həri"li olmuşuq. Bu, təzə söhbət deyil. Bunun şərhçisi Röya Ayxan ola bilər. O zaman dost idik. Problem odur ki, ikimiz də çox kaprizli və hökmlüyük. Görək kimin hökmü haradan-hara qədər olacaq?!"