Xəstəxanaya yerləşdirilən bəstəkar-müğənni Pərviz Mahmudovun ailə üzvləri onun səhhəti haqda məlumat verilblər.
Bəstəkarın həyat yoldaşı Teleqraf.com-a açıqlamasında deyib ki, Pərviz Mahmudov hələ də "Leyla Medical"ın reanimasiya şöbəsindədir:
"Səhhəti yaxşılaşır, daha yaxşı xəbərlərini gözləyirik. Danışa bilmirdi, indi nitqi özünə qayıdır. İki-üç günə palataya yerləşdiriləcək".
Qeyd edək ki, Pərviz Mahmudovun 38 yaşı var. Onun qəflətən təzyiqi qalxıb və beyninə qan sızıb.