Xanəndə Aytən Məhərrəmova Azad Azərbaycan televiziyasında evini nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, o, artıq çəki atmasından danışıb: "Çəki atmağım pandemiya dövrünə düşdü, amma artıq üç ilə yaxındır ki, arıqlamağa davam edirəm".
Xanəndə atasının ölümündən də söz açıb: "Atam xərçəng xəstəliyindən vəfat etdi. Çox ağır vəziyyətdə idi. Bir ayın içində dünyasını dəyişdi. Sağalacağına inanırdı. Xərçəng olduğunu axıracan bilmədi".