3 Dekabr 2021 11:24
2 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Sarayında komediya janrında çəkilən "5 Betər" filminin təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Məcid Hüseynov və Dilarə Əliyeva uzun fasilədən sonra filmdə bir araya gəliblər.

Baş rolun ifaçısı, aktrisa Dilarə Əliyeva film heyətinə təşəkkür edib: "Sabahdan etibarən "5 Betər" kinoteatrlarda yayımlanacaq. Filmdə Elməddin Cəfərov, Fərda Amin, Məcid Hüseynov, Elcan Rəsulov ilə birlikdə əlimizdən gələni etməyə çalışmışıq".

Aktyor Elməddin Cəfərov isə tamaşaçılara səslənib: "Filmi sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Bu film heyəti ilə çalışmaqdan çox məmnunam. Ən əsası filmin baş prodüseri İslam Ağayevə təşəkkür edirəm. Filmdə baş prodüserdən çox şey asılıdır. İslam Ağayev bütün günü çəkiliş meydançasında bizimlə idi. Hətta məni və Fərdanı çəkilişlərə aparıb gətirirdi. Azərbaycanda film çəkilməsində əməyi olan üç nəfərdən biri də Fariz Əliyevdir. Yeni filmlərimiz çox olsun. Çox xahiş edirəm ki, yerli filmlərə daha çox üstünlük verək".

Qeyd edək ki, film imkanlı şəxsin toyunda baş verən hadisələrdən bəhs edir.

Xatırladaq ki, “3İ Cinema”nın ərsəyə gətirdiyi “5 Betər” filminin baş prodüseri İslam Ağayev, ssenari müəllifi Fariz Əliyev, quruluşçu rejissoru isə Vüsal Hacıqədirdir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər