Şairə Nazilə Səfərli meyxanaçı Ağakərim Novruzovun oğlu Kamil Novruzovun ondan hüquq-mühafizə orqanlarına şikayət etməsinə münasibət bildirib.
Nazilə Səfərli Teleqraf.com-a açıqlamasında səsləndirdiyi fikirlərin meyxanaçının oğluna aid olmadığını deyib: "Hansı böhtana görə hüquq-mühafizə orqanlarına şikayət edib?! Kim haqqında yazmışam ki, psixotrop dərmanlar vurulub?! Meyxanaçı Kərimin oğlunun adı nədir? Mənim İnstaqramda paylaşdığım açıqlamada nə yazılıb? Bu, niyə özünə götürüb ki?
Mən açıqlamamda "səy gədə" deyə yazmışam. "Səy gədə" şəxsiyyət vəsiqəsində qeyd edilibsə, şikayət edə bilər, problem yoxdur. Qanun var, dövlət var. Qapıya getmişəm, göz qabağındadır, başqa nə deyə bilərəm?! Bəlkə paylaşımım onun həyatı ilə uzlaşıb və ona görə təsir edib. Amma mən onun adının Kamil olduğunu indi eşidirəm".
Qeyd edək ki, şairə Nazilə Səfərli yataq xəstəsi olan meyxanaçı Ağakərim Novruzovun evinə gedib. Meyxanaçının oğlu Kamil Novruzov şairəni atasının yanına buraxmayıb. Nazilə Səfərli ad çəkmədən sosial şəbəkədə paylaşım edərək meyxanaçının oğlunu atasına psixotrop iynələri vurdurduğunu və Ağakərim Novruzovdan xəbərsiz bağını 150 minə satdığını iddia edib.