22 Dekabr 2021 17:40
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayeva həmkarı Ayan Babakişiyevanın Nadir Qafarzadənin oğlunun toy mərasiminə geyindiyi əlbisəyə irad tutub.

Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayevanın həmkarının geyiminə "Amma gələn dəfə saçına bu broşu taxma" şərhinini bildirməsi sosial şəbəkədə müzakirələrə səbəb olub.

Ayan Babakişiyevanın isə xalq artistinə cavabı gecikməyib:

"Tünzalə xanımı doğrudan da çox istəyirəm. Sənətinə, özünə, zövqünə çox böyük hörmətim var. Münasibətimiz əladır. Bilirəm ki, məni çox istədiyi və böyük kimi ərki çatdığı üçün bu fikri bildirib. Ona görə də narahat olmağa dəyməz".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər