Türkiyədə yaşayan müğənni İradə İbrahimova koronavirusa yoluxub.
Teleqraf.com-un xəbərinə görə, İradə İbrahimova bu haqda İnstaqram hesabında məlumat verib.
Müğənni evdə karantində olduğunu qeyd edib: "Evin ən pozitivi olaraq sevdiklərimdən uzaq, otağıma qapanıb neqativə dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinə şahid olmaq məni həm sevindirir, həm də düşündürür. Yaxşıyam, narahat olmayın. Virusu rahat keçirirəm".
O, həyat yoldaşına dəstəyi üçün də təşəkkür edib: "Səhər yeməyində günortanı, günorta axşam yeməyin soruşan, uşaqların dərsləri, mənim, evin işinin yükünü kürəyinə alan canım həyat yoldaşım, mən səndən çox razıyam. Allah da səndən razı olsun. Ürəyimdən xəstəlikdə, sağlıqda, yaxşı və pis gündə deyərək, illər öncə söz verdiyimiz günə, şahidlərinə salam olsun demək gəldi. Xoş diləkləriniz, dualarınız üçün hər birinizə təşəkkür edirəm. Sağlıq, sağlıq...Hər şeyin başında sağlıqdır".
Qeyd edək ki, İradə İbrahimova türk iş adamı Ceyhun İzerlə evlidir. Cütlüyün iki övladı var.