19 Fevral 2022 18:15
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Çiçək Vakkas televiziyadan getməsinin səbəbini açıqlayıb

Teleqraf.com xəbər verir ki, Çiçək Vakkas bu haqda MTV Azərbaycan kanalında danışıb:

"Radionu çox sevirəm, televiziyanı bir o qədər də sevmirəm. Radioda baş redaktoram, yəni ki, işlərim orada çox olur. Ona görə də heç cürə çatdıra bilmirəm. Gördüm ki, ya bu tərəfdə, ya da o tərəfdə axsama olacaq. Ona görə də qərar verdim ki, bir əldə iki qarpız tutmayım, radio tərəfə gedim. Digər aparıcılar televiziyaya çıxanda onları dinləyənlər sevinir. Amma mənim dinləyicilərim televiziyaya çıxanda hirslənirlər ki, radioda qalın. Demək ki, onlar məni radioda sevirlər. Həmişə deyirəm ki, televiziya və radio dünyası aparıcını ya qəbul edir, götürür, ya da bəyənmir, ələyib atır".

Aparıcı Natəvan Həbibinin və Xatirə İslamın televiziyadan qonorar tələb etməsindən də danışıb: "Müğənnilər bizi qınayırlar ki, niyə hər kəsi efirə çağırırsınız?! Ödəniş edirlər, efirə çıxarırsınız. Sizə zəng edəndə deyirsiniz, vaxtım yoxdur, üç ay sonra verilişinizə çıxaram. Bu efir dolmalıdır, ya yox. Aparıcılar da məcbur olur, müğənnilərin bəyənmədiyi həmkarlarını çağırmağa. Onda bizə kömək edin, sizə zəng edəndə efirə gəlin. Mən belə düşünürəm. Amma qonorar istəməyə haqları yoxdur deyə düşünə bilmərik. Onların qonorar istəməyə haqları var. Mənim verilişimdən qonorar istəsələr kanal rəhbərim verməyəcəksə, aparıcı o qədər qazanmır. Çox qazanaramsa, Natəvan Həbibiyə də, Xatirə İslama da qurbandır, sevə-sevə qonorar verərəm. Məcburiyyətdən zərurət doğar, insan oğlu məcbur qalanda hər şeyə gedir. Müğənnilər sözü bir yerə qoyub, desələr ki, artıq gəlmirik, o zaman televiziya rəhbərləri bizi çağırıb, deyəcək ki, düşünün, müğənnilərsiz verilişlər hazırlayın.

Bəzi müğənnilərin aparıcı dostları var ki, çox yaxın münasibətdədilər. Onlar inanmıram ki, həmin aparıcılara biz qonorarsız gəlmirik desinlər. Onu da deyim ki, elə olduğu halda vəziyyət daha da pis olacaq. Ya hamıya, ya heç kimə".









Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər