Müğənni Şəbnəm Tovuzlu MTV Azərbaycan kanalında qonaq olub.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu həyat yoldaşından danışıb:
"Deyirlər ki, kişinin arxasında yığımcıl qadın olmalıdır. Düzdür, bu bəzi kişilərə aiddir. Amma mən deyirəm ki, nə yaxşı arxamda güclü, tələbkar insan durur. Sözü deyəndə də əsəblə yox, mülayim tərzdə beynimə yeridir. Əvvəl pulun qədrini bilməyən bir insan idim. Hər zaman qazancım olub, gözəl yaşamışam. Amma bu gün məni yığan və nələrəsə sahib olmağımın səbəbkarı odur. Ona görə həyat yoldaşıma təşəkkür edirəm".
Müğənni gözəllik salonu açacağını da etiraf edib: "Martın 8-dən sonra gözəllik salonumun açılışı olacaq".