19 Mart 2022 22:57
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Rövşanə Ağasəfqızı MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Rövşanə Ağasəfqızı televiziyalarda yayımlanan bayağı verilişlərdən danışıb:

"Efirdə ciddi problem reytinq məsələsidir. Ümumiyyətlə, nə qədər reytinq məsələsi var, biz də hamılıqla bayağılığa qaçacağıq. Reytinq məsələsini hansısa formada tənzimləmək lazımdır. Bu bütün dünyada var, Türkiyədə də. Baxırsan ki, bir serial reytinq vermirsə, yayımı dayandırırlır. Mən təəssüf edirəm ki, reytinq bayağı, şit, hansısa səviyyəsiz, zövqləri korlayan verilişlərə köklənib. Biz düşünürük ki, həmin verilişlər reytinq gətirir. Yoxlamırıq ki, bəlkə başqa formada nəsə edək, onlar da reytinq verəcək. Tamamilə reytinq məsələsini unudaq. Tamaşaçılara başqa formada verilişlər təqdim edək. Bəlkə insanlar görəcəklər ki, bayağılıq yoxdur və yavaş-yavaş alışacaqlar".


Müəllif: Rəqsanə Həsənova