26 Noyabr 2014 15:59
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli yumor ustası prokurorluqda ifadə verib

Teleqraf.com "Hurriyet"ə istinadən xəbər verir ki, məşhur aktyor Cem Yılmazın tezliklə nümayiş olunacaq “Pek yakında” filmində siqaret və içki səhnələrinə görə professor Orxan Kural aktyorun “şübhəli maddələrin təbliği” iddiasıyla İstanbul Respublika Prokurorluğuna müraciət edib.

Dünən prokurorluğa gedən C.Yılmaz ifadəsində iddiaları rədd edib. Belə bir niyyətinin olmadığını söyləyən aktyor bu ittihamlarla üzləşdiyinə görə kefinin pozulduğunu da bildirib.

Rüstəm


Müəllif: