4 May 2022 13:47
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Vasif Məhərrəmli "Qurd qapısı" restoranında dava etməsinin səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Vasif Məhərrəmli İnstaqramda video paylaşaraq fikrini düzgün ifadə edə bilmədiyini qeyd edib.

"Ola bilsin ki, bir az əsəbi olmuşam. Mən restorana yeməyə getməmişəm, müsahibə üçün getmişdim. Dedim ki, kabinetdə oturaq və müsahibəni verim. Dedilər ki, olar, keçin oturun, problem yoxdur. Müsahibəyə yenicə başlamışdım, stolun üstünü doldurdular. Mən pula görə etməmişəm. Onlara pul lazım idisə, pul verərdim. Stolun üstünü dolduranda onlara dedim ki, sizə qurban olum, on dəqiqə müsahibə verib, çıxacam. Dedilər ki, artıq hesab kassaya vurulub. Dedim ki, biz dururuq. Dedilər ki, yox kassaya vurulub, mümkün deyil. Mən bunun davasını edirəm. Mənə desin ki, 50-100 manat ver, verim. Yəni ki, hesabın davasını etmirəm. Onların bu cür nakişicəsinə pul qazanmasının, cibə girməklərinin davasını edirəm. Onlar cibə girirlər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər