Türkiyənin TV 8 kanalında yayımlanan "Survivor-2022" yarışmasından uzaqlaşan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Dominikan Respublikasından İstanbula dönüb
Teleqraf.com xəbər verir ki, Pərviz Abdullayev İnstaqramda hava limanından fotosunu paylaşıb.
TV 8 kanalının rəhbəri Acun Ilıcalı Pərviz Abdullayevin səhhəti haqqında "Pərviz nəzarət altında idi. Həkim dedi ki, Pərvizin ayağında qalıcı zədələnmə ehtimalı olduğundan yarışa davam edə bilməz", - deyə qeyd etmişdi.