30 İyun 2022 16:27
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlinin nəvələrinin qəyyumluq məsələsi ilə bağlı Ali Məhkəmə qərar verib.

Teleqraf.com xəbər verir ki, bu haqda əməkdar artistin keçmiş gəlini Canana Həmidova İnstaqram hesabında məlumat paylaşıb: “Mən qalib və xoşbəxtəm. Bu gün vəkilim Elmar Kərimov Ali Məhkəmənin 3 övladımı da mənə verdiyi xəbərini çatdırdı. Artıq mən də nəfəs ala biləcəm. Mənə bu yolda dəstək olan hər kəsə təşəkkür edirəm. Ən əsası hər zaman yanımda olan mediaya... Balalarımın üçü də mənim adımdadır. Çox şükür”.

Qeyd edək ki, Canana Mətanət İsgəndərlinin oğlu Kərim ilə evli olub. Cütlüyün üç övladı var.


Müəllif: Rəqsanə Həsənova