6 İyul 2022 00:56
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov Cansu adlı xanımla nikah masasına əyləşib.

Teleqraf.com xəbər verir ki, məkanların birində baş tutan, mediaya qapalı keçirilən məclisdə Röya Ayxanın sənət dostları və ailə üzvləri iştirak ediblər.

Toy mərasimində "Natiq" ritm qrupu, müğənni Zamiq Hüseynov, əməkdar artist Abbas Bağırov çıxış ediblər. Gecənin aparıcısı Nəsib Nur olub.

Toy mərasimindən fotoları təqdim edirik:


Müəllif: Rəqsanə Həsənova