2 Dekabr 2014 15:37
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda “British Fashion Awards” (İngilis Moda Mükafatları) mükafatlandırma mərasimi təşkil edilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, nominasiyalar üzrə qalibləri təyin etmək üçün 400 nəfərlik heyət səs verib. Gecədə mükafat qazanan dizaynerlərdən əlavə tanınmış müğənnilər, aktrisalar və modellər də iştirak edib.

Son dövrün məşhur modellərindən Kara Delevinqne, mərasimdə "Ən Yaxşı Model" mükafatına sahib çıxıb.

Mərasimin digər bir maraqlı qonağı dizayner Viktoriya Bekhem olub. O, tədbir üçün kürək dekolteli paltar seçib. Viktoriya gecə boyunca həyat yoldaşı, futbolçu Devid Bekhemin çiynini qucaqlayaraq obyektiv qarşısında pozlar verib.

Gecənin ən cəsarətli siması isə, həmişəki kimi, Rihanna olub.

Nominasiyalar üzrə mükafatlar belədir:

“Ən Yaxşı Qadın Geyim Dizayneri” - Türk-ingilis moda dizayneri Ərdəm Moralıoğlu

“Ən Yaxşı Marka” – “Viktoriya Bekhem”

“Ən Yaxşı Qırmızı Xalı Dizayneri” - Aleksandr MakQvin

“Ən Yaxşı Beynəlxalq Dizayner” - Nikolya Qeskir (“Louis Vuitton”)

“Ən Yaxşı Model” - Kara Delevin

“Ən Yaxşı Kişi Geyim Dizayneri” - Cyu Anderson

“Ən yaradıcı Kompaniya” – “Louis Vuitton”a

Teleqraf.com gecədən olan fotoları təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər