Reper Səid Əliyev (Dado) keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibinin ikinci dəfə ana olacağı haqda xəbərlərə reaksiya göstərib.
Teleqraf.com xəbər verir ki, Dado İnstaqramda video paylaşaraq bu sözləri deyib:
“Heç kimin qarşısında özümə bəraət qazandırmıram. Amma hiss edirəm ki, məni oyuna qoşmaq istəyirlər. Sadəcə deyim bilin ki, biz çoxdan boşanmışıq. Hamilə məsələsini mən də sizin kimi indi öyrənirəm. Bizim aramızda hər şey qurtarıb. Allah onu xoşbəxt eləsin və yeni gələn balasının da canının sağ eləsin".
Qeyd edək ki, cütlüyün Zeyd adlı bir oğlu var.