Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə istirahət zamanı xoşagəlməz hal yaşayıb.
Teleqraf.com xəbər verir ki, Muğla vilayətinin Datça qəsəbəsində istirahət edən Nəsrin Cavadzadəni arı sancıb.
"Çimərlik geyimində foto paylaş deyənlərə gəlsin. Ayağımdan arı sancdı. Bu fotonu son nəfəsimlə paylaşıram. Çimərlik geyimimi dəyişərkən eşşək arısını tapdadım və yarı yoldan geri qayıtdım. Kimin nəzəri dəydi?".