14 Avqust 2022 09:18
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər məni bu il də "Avroviziya" müsabiqəsinə çağırsalar sizə görə gedəcəyəm. Amma həmin şəxsə demək istəyirəm ki, oturub burada özümü öldürmürəm ki, məni aparın, "Avroviziya 2023"ə məni çağırsınlar. Düşünmə ki, Yer kürəsində ağıllı yalnız sənsən, biz heç nə fikirləşmirik. Biz də nələrsə bilirik. Lazım olsa, məni çağırsalar, gedəcəyəm. Amma bunun üçün özümü öldürmürəm".

Teleqraf.com xəbər verir ki, bu fikirləri "Avroviziya-2022" təmsilçimiz Nadir Rüstəmli sosial şəbəkə hesabında canlı yayıma qoşulan zaman deyib. O, növbəti il də "Avroviziya"ya qatılması ilə bağlı izləyicilər tərəfindən ünvanına səsləndirilən fikirlərə belə münasibət bildirib.

Bəziləri, hətta deyərdim, böyük qisminiz bu il yarışa getməyimi istəyirsiniz. Bir ya, iki nəfərdən mesaj gördüm ki, "Sən guya keçən il gedib yarıtdın?" Məncə hə, mən yarıtdım. Bir nəfər də yazmışdı ki, bu eqoistlikdir, başqa istedadlı şəxslər də var. Həmin şəxsə demək istəyirəm ki, mən də bunun tərəfdarıyam. Hətta "O səs Azərbaycan"da nə qədər istedadlı insanlar var, istərdim ki, onlar getsin".


Müəllif: Pərvin Cəfərova